BAKI, 26 dekabr — Sputnik. Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Onlar mübarizə aparan tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan edirlər. Burada heç bir risk yoxdur". Rusiya prezidentinin mətbuat katibi “mübarizə aparan tərəfləri” bir araya gətirmək qorxulu deyilmi? sualını cavablandırarkən belə deyib.
12.12.23
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma vaxtını tərəflər özləri müəyyən etməlidir.
Bunu Rusiya Xarici İşlər nazirliyinini sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Xanım diplomat qeyd edib ki, Rusiya XİN Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.
“Biz balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza köməyi davam etdirməyə hazırıq. Belə bir sənəd regionda davamlı sülh və sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır" - Zaxarova əlavə edib.
08.12.23, 14:16
"Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayırıq"
Moskva Bakı və İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin qarşılıqlı azad edilməsinə dair razılaşmanı alqışlayır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirilib.
"Rusiya ardıcıl olaraq saxlanılan şəxslərin "hamıya hamı" prinsipi əsasında dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladığı üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazşinin imzalanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırıq", - XİN rəsmisi bildirib.
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
© Sputnik / Екатерина Чеснокова
/ Xatırladaq ki, dünənə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Açıqlamada deyilir:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.