DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Prezidentinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı

Noyabrın 13-də Türkiyə prezidenti Tayyib Ərdoğan Rəisinin noyabrın 28-də səfərinin, eləcə də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının gözlənildiyini açıqlayıb.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. İran prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edə bilər. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Bildirilir ki, heç bir dəyişiklik olmasa, səfər təyin olunmuş tarixdə baş tutacaq. Rəisinin Türkiyəyə səfəri daha əvvəl təxirə salınmışdı.
Əgər səfər baş tutarsa, danışıqların əsas mövzularından biri terrorizmlə mübarizə olacaq. Ankaranın terrorçu kimi tanıdığı Kürdüstan Fəhlə Partiyası yaraqlılarının hücumları nəticəsində 12 əsgərin ölümü ilə bağlı son günlər Türkiyədə bu məsələ qızğın müzakirələrə səbəb olub.
Noyabrın 13-də Türkiyə prezidenti Tayyib Ərdoğan Rəisinin noyabrın 28-də səfərinin, eləcə də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının gözlənildiyini açıqlayıb. Lakin Rəisi həmin vaxt Ankaraya gəlməyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian qeyd edib ki, səfər BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb.
Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rəisi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası ilə əlaqədar Türkiyəyə tezliklə səfər edəcək.