RUSİYA

Putin MDB-dən olan həmkarları ilə beynəlxalq məsələləri müzakirə edib

Gün ərzində Rusiya Prezidenti və MDB ölkələrindən olan həmkarları Sankt-Peterburqun yaxınlığında yerləşən bir neçə park və saray kompleksinə baş çəkib.
Sputnik
BAKI, 26 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun mədəniyyət obyektlərinə səfər zamanı MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli və beynəlxalq məsələləri fəal müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə V.Putin Konstantinovski sarayında MDB-nin qeyri-rəsmi sammitini açarkən bildirib.
“Zaldan zala keçərlən hər biriniz, o cümlədən də mən ikitərəfli və çoxtərəfli formatda cari məsələlər barədə ətraflı söhbət etdik, beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, - o deyib.
Xatırladaq ki, gün ərzində Rusiya Prezidenti və MDB ölkələrindən olan həmkarları Sankt-Peterburqun yaxınlığında yerləşən bir neçə park və saray kompleksinə baş çəkib.
“Ümumiyyətlə deyə bilərik ki, biz gün ərzində bir-birimizlə və çox məhsuldar ünsiyyətdə oluruq”, - V.Putin bildirib.
O, həmçinin əlavə edib ki, başa çatmaqda olan il MDB üçün son dərəcə aktiv və hadisələrlə zəngin olub.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib