İQTİSADİYYAT

Putin: Aİİ ölkələri arasında ticarətin təxminən 90%-i milli valyutalarda aparılır

Rusiya lideri Vladimir Putin bildirib ki, bu rəqəmin gələcəkdə də artacağı şübhəsizdir.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələri arasında milli valyutalarla ticarətin payı, təxminən 90 faiz təşkil edir.
Rusiya lideri Vladimir Putin bu barədə danışıb.
"Qarşılıqlı hesablaşmalarda milli valyutaların payının 90 faizi ötməsi vacibdir. Ölkələrimizin maliyyə sektorunda həyata keçirdiyi birgə tədbirlər nəzərə alınmaqla, bu rəqəmin gələcəkdə də artacağı şübhəsizdir", - deyə o bəyan edib.
Bəyanat Ali Avrasiya İqtisadi Şurasının iclasında verilib.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Aİİ-də milli valyutalar əsasında hesablaşma sisteminin yaradılmasını təklif edib. O, Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi ödəniş məkanını inkişaf etdirməsinə ehtiyac olduğunu vurğulayıb.