RUSİYA

Oreşkin: Rusiya Avropanın ən böyük iqtisadiyyatına çevrilib

Qlobal Şimal adlandırılan iqtisadiyyatlar tədricən öz əhəmiyyətini itirirlər. Söhbət ABŞ, Yaponiya və Aİ-dən gedir.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Rusiya Federasiyası Avropanın ən böyük iqtisadiyyatına çevrilib.
Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin "Ekspert" jurnalına müsahibəsində bildirib.
O vurğulayıb ki, Rusiya artıq dünyada dördüncü yer uğrunda yarışda Yaponiya ilə "daban dabana gedir".
"Çin aparıcı iqtisadiyyata çevrilib, Rusiya Avropanın ən böyük iqtisadiyyatına çevrilib və o, artıq dördüncü yer uğrunda yarışda Yaponiyaya çatmaq üzrədir. Asiya iqtisadiyyatları isə reytinqlərdə çox ciddi şəkildə yüksəliblər", - deyə Oreşkin bildirib.
Hindistan üçüncü yerdədir, İndoneziya isə yeddinci yerə yüksəlib və tezliklə altıncı yerdə olan Almaniyanın mövqeyinə "hücum etməyə" başlayacaq.
Rusiya Federasiyası Prezidentinin köməkçisi onu da qeyd edib ki, Qlobal Şimal adlandırılan iqtisadiyyatlar tədricən öz əhəmiyyətini itirirlər. Söhbət ABŞ, Yaponiya və Aİ-dən gedir.
Çərşənbə axşamı "Ekspert" jurnalının ilk nömrəsi yeni formatda işıq üzü görüb. Nəşr aylıq nəşr olunacaq. Jurnal öz konsepsiyasını saxlayır və iqtisadiyyatda, sosial siyasətdə və biznesin dövlət tənzimlənməsində mövcud tendensiyalardan bəhs edəcək.
Qeyd edək ki, "Ekspert" 1995-ci ildən nəşr olunur.
Bir müddət əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirmişdi ki, ABŞ Rusiya iqtisadiyyatının inkişafına hər cür yolla mane olmağa çalışır. O, vurğulayıb ki, onların əməllərindən zərər çəkən Rusiya Federasiyası deyil, üçüncü ölkələrdir.