BAKI, 26 dekabr — Sputnik. İnsanda həddindən artıq qıcıqlanma, konsentrasiyanın və iş qabiliyyətinin azalması, yaddaş problemləri və güclü yorğunluq yod çatışmazlığına səsbəb bilər.
Bunu KDL tibbi laboratoriyalar federal şəbəkəsinin tibb şöbəsinin müdiri Olqa Malinovskaya "Moslenta"ya müsahibəsində qeyd edib.
"Yod çatışmazlığını müəyyən etmək həmişə asan olmur. Erkən mərhələlərdə bu mikroelementin çatışmazlığı xüsusi simptomlarla müşayiət olunmur. İnsanda həddindən artıq qıcıqlanma, konsentrasiyanın və iş qabiliyyətinin azalması, yaddaş problemləri və güclü yorğunluq yod çatışmazlığına səsbəb bilər", - deyə mütəxəssis şərh edib.
Həkimin sözlərinə görə, problem irəlilədikcə heç bir səbəb olmadan çəki arta bilər və qalxanabənzər vəzinin böyüməsi ilə zob yarana bilər. Bu, qandan mümkün qədər çox yodu "götürməyə" çalışarkən qalxanabənzər vəzi toxumasının böyüməsi ilə əlaqədardır.
Bu, qandan mümkün qədər çox yod götürməyə çalışarkən qalxanvari bezin toxumaları böyüyür.