HADİSƏ

Elektroskuter idarə edən şəxsi avtomobil vurdu-Dəhşətli görüntü-VİDEO

Hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Bakıda svetoforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub. Sputnik Azərbaycan-a bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib. Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir.
Qeyd edək ki, artıq Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir. Bu barədə bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobil vasitələrə qarşıda diqqətli olmalarını bildirir.