İQTİSADİYYAT

Azərbaycanda reklam bazarının həcmi 140 mln. manata çatıb

Reklam bazarının 46 milyon manatı televiziyaların, 33 milyon manatı rəqəmsal platformaların, 7,2 milyon manatı radioda reklamlarının payına düşüb.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Azərbaycanın reklam bazarına qoyulan investisiyaların ümumi məbləği 2023-cü ildə təxminən 140 milyon manat təşkil edib.
Bu barədə "İKT bazarı iştirakçıları" İctimai Birliyindən bildirilib.
Məlumata görə, reklam bazarın ötən ilə nisbətən 14% böyüyüb.
Reklam bazarının 46 milyon manatı televiziyaların, 33 milyon manatı rəqəmsal platformaların, 7,2 milyon manatı radioda reklamlarının payına düşüb.
Qeyd edilib ki, reklam bazarının 160 milyon manata qədər artım potensialı var. Buna pirat internet resurslarının bloklanmasının stimullaşdırılması kömək edəcək. Əks halda, yeni mövsümdən (2024-2025) 18,6% azalma gözlənilir.
Bildirilib ki, reklam bazarında ənənəvi reklam platformaları olan mətbuat (qazet, jurnal, kitab) reklamlara investisiyalar azalması, rəqəmsal seqmentə - media, axtarış və hədəf reklamlara da investisiyaların artması müşahidə olunur. Həmçinin radiolarda yerləşdirmə 5% və açıq hava reklamında 6% artım müşahidə edilib.
"2023-cü ildə televiziyada reklama qoyulan sərmayənin payı reklama qoyulan ümumi investisiyanın 33%-ni təşkil edir. Aktiv rəqəmsallaşmaya baxmayaraq, bazar növbəti 3-5 il ərzində hələ də TV yönümlü olaraq qalacaq" - açıqlamada vurğulanıb.