CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda quraqlığın da təbii fəlakət hesab olunması təklif edilir

Deputat bildirib ki, quraqlıq təsərrüfatlara ciddi ziyan vurur, investorlar investisiyalarını itirir və müflis olma təhlükəsi qarşısında qalırlar.
Sputnik
BAKI, 26 dekabr - Sputnik. "Azərbaycanda quraqlıq da təbii fəlakət hadisəsi hesab edilməlidir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bununla bağlı "Aqrar sığorta haqqında" qanuna dəyişiklik edilməsini təklif edib.
O bildirib ki, suvarma sistemlərinin yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Quraqlıq təsərrüfatlara ciddi ziyan vurur və investorlar investisiyalarını itirir və müflis olma təhlükəsi qarşısında qalırlar.
Qeyd edək ki, "Aqrar sığorta haqqında" qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:
- təbii fəlakətlər;
- yanğınlar;
- bitki xəstəlikləri və zərərvericilər;
- yoluxucu xəstəliklər və zəhərlənmələr;
- vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
- üçüncü şəxslərin hərəkətləri.