RUSİYA

Rusiyada təcili yardım xəstənin razılığı olmadan ona tibbi müdaxilə edə bilər

Bundan əvvəl xəstənin razılığı olmadan tibbi müdaxilə barədə qərar həkimlər şurası tərəfindən verilirdi.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. Rusiyada xəstənin həyatı üçün təhlükə yarandıqda təcili tibbi yardım qruplarına onun razılığı olmadan tibbi müdaxilə etməyə icazə verən qanun imzalanıb.
TASS xəbər verir ki, bununla bağlı müvafiq sənədi Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Bildirilir ki, əvvəllər xəstənin razılığı olmadan (iradəsini ifadə edə bilməməsi üzündən) tibbi müdaxilə barədə qərar həkimlər şurası tərəfindən verilirdi.
Yeni qanun müəyyən edir ki, insan həyatı üçün təhlükənin aradan qaldırılması üçün müdaxilə zərurəti yarandıqda, tibb müəssisəsindən kənarda təcili yardımın göstərilməsi xəstənin məlumatlı könüllü razılığı olmadan həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.