BAKI, 25 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin gələn il üçün xarici səfərləri planlaşdırır. Lakin bu səfərlər ilin əvvəlində olmayacaq. Hazırda əsas məsələ daxili gündəmdir.
Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.
Peskov "RİA Novosti"yə Rusiya liderinin planlaşdırılan xarici səfərləri ilə bağlı sualı cavablandırarkən deyib:
"İlin əvvəlində xarici səfərlər nəzərdə tutulmayıb. Hazırda əsas məsələ, təbii ki, daxili gündəmdir".
Xatırladaq ki, Rusiya Federasiya Şurası ötən dekabrın 7-də keçirilən iclasında Rusiya Federasiyasının Prezidenti seçkilərinin təyin edilməsi haqqında qərar qəbul edib. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası seçkilərin üç gün ərzində - gələn il martın 15-dən 17-dək keçirilməsi barədə qərar qəbul edib.
Vladimir Putin dörd dəfə - 2000, 2004, 2012 və 2018-ci illərdə Rusiya prezidenti vəzifəsinə seçilib. Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək yeni prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.