RUSİYA

İnteqrasiyanın aktual məsələləri: MDB və Aİİ-nin liderləri Sankt-Peterburqa toplaşır

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, Aİİ ölkələri ilə İran arasında azad ticarət zonası haqqında saziş imzalanacaq.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq qonşu ölkələrdən olan həmkarlarını, yəni Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin liderlərini Yeni il qabağı Sankt-Peterburqa toplayacaq. O, hər il analoji görüşlər keçirir.
İki günlük tədbirlər planlaşdırılıb. Bu gün, xüsusən də, Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. O, Rusiyanın 2023-cü il yanvarın 1-dən başlayan Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyinin yekunlarına yehəsr olunacaq. 2022-ci ildə assosiasiyaya Qırğızıstan sədrlik edib, gələn il isə səlahiyyətlər Ermənistana keçəcək.
İclasda həmçinin birliyin cari işinə dair və gələcək inteqrasiya məsələrinin müzakirəsi planlaşdırılır. Liderlərin bir sıra mühüm qərar və sənədləri, o cümlədən assosiasiyanın 2030-cu ilə qədər və 2045-ci ilə qədərki dövr üçün gələcək inkişafı haqqında bəyannaməni təsdiq edəcəyi gözlənilir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, Aİİ ölkələri ilə İran arasında azad ticarət zonası haqqında saziş imzalanacaq. Uşakov izah edib ki, bu sənəd dövlətlər arasında gələcək iqtisadi əlaqələrin inkişafı kontekstində çox vacibdir.
Bundan əlavə, bu gün və sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Rusiya prezidenti Vladimir Putin mütəmadi olaraq Aİİ və MDB ölkələrindən olan həmkarları ilə görüşür. Mayın 25-də Kremldə keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında dövlət başçıları birlik çərçivəsində birgə işi və gələcək planları müzakirə ediblər.
Putin Aİİ-nin texnoloji və rəqəmsal suverenliyinin və maliyyə müstəqilliyinin gücləndirilməsinin vacibliyini bildirib. O, həmçinin assosiasiyada təhsil, səhiyyə və dövlət idarəçiliyinin ümumi prinsip və standartlarının işlənib hazırlanmasını təklif edib.
MDB-nin qeyri-rəsmi sammiti
MDB çərçivəsində iki gün davam edəcək Yeni il qabağı qeyri-rəsmi görüş həm də qonşu dövlətlərin rəhbərləri arasında ənənəvi ünsiyyət formatıdır. Artıq uzun illərdir ki, dövlət başçıları dekabrın sonunda Sankt-Peterburqda toplaşır.
Rusiya prezidenti dəfələrlə MDB məkanında əməkdaşlığın fəal inkişaf etdiyinə diqqət çəkib: ticarət dövriyyəsi artır, ödənişlər milli valyutalara köçürülür, sənaye və elm də daxil olmaqla yeni layihələr ortaya çıxır.
2024-cü ildə Rusiya MDB-yə sədrlik edəcək. Bu vəzifə ona Qırğızıstandan keçəcək. Putinin əvvəlcədən bildirib ki Moskvanın sədrliyinin proqramı çox zəngindir, 150-yə yaxın tədbiri əhatə edəcək.
Rusiya lideri onu da vurğulayıb ki, bu vəziyyətdə Rusiya Federasiyası MDB-dəki bütün tərəfdaşları ilə həm ikitərəfli, həm də sədrliyi çərçivəsində qarşılıqlı fəaliyyətdə qərarlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.