AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident doğum gününü ailəsi və nəvələri ilə birlikdə qeyd edib

Şəkildə prezident özü, həyat yoldaşı Mehriban Əliyeva, oğlu Heydər Əliyev və gəlini, qızları Leyla və Arzu, eləcə də onların övladları yer alıb.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündən paylaşım edib.
Dövlət başçısı doğum gününü ailə üzvləri ilə birgə qeyd edib.
Leyla Əliyevanın paylaşdığı şəkildə prezident özü, həyat yoldaşı Mehriban Əliyeva, oğlu Heydər Əliyev və gəlini, qızları Leyla və Arzu, eləcə də onların övladları yer alıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 62 yaşı tamam olur.