BAKI, 24 dekabr — Sputnik. Ukrayna Avropa İttifaqına (Aİ) qəbul olunarsa, Avropanın bütün daxili sistemi pozulacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“RİA Novosti”nin verdiyi məlumata görə, Kreml nümayəndəsi bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması onun dağılması ilə nəticələnəcək. Peskov qeyd edib ki, “ayıq başlar” bu təhlükəni dərk edirlər.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Ukraynavə Moldovanın Aİ-yədaxil olmaq meyarlarına cavab vermədiyini açıqlamışdı. Slovakiyanın baş naziri Robert Fitsonun sözlərinə görə, Ukrayna Aİ üzvlüyünə hazır deyil. Eyni zamanda, onun NATO-ya daxil olması, Slovakiya Nazirlər Kabinetinin rəhbərinin fikrincə, üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxaracaq.