BAKI, 24 dekabr — Sputnik. Rusiya avtomobilləri etibarlılıq baxımından xarici avtomobillərdən geri qalmamalıdır.
“RİA Novosti”yazıb ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin hökumətin iclasında bildirib.
"Rusiya avtomobillərinin dünyada qəbul edilmiş müasir texniki tələblərə cavab verməsi və etibarlılıq baxımından xarici modellərdən geri qalmaması son dərəcə vacibdir", - deyə Mişustin qeyd edib.
RF Baş naziri əlavə edib ki, Rusiya hakimiyyəti müəssisələrə tez bir zamanda “çatışmayan səlahiyyətləri inkişaf etdirməyə ”kömək məqsədi ilə və sanksiyalar şəraitində konveyer xətlərinin sabitişləməsini təmin etmək üçün avtomobil sənayesinə əlavə dəstək verəcək.
Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko məmurları yerli avtomobillərdən istifadəyə keçməyə çağırıb. O, özünün də “Arus” markalı avtomobildən istifadə etdiyini bildirib.