BAKI, 23 dekabr — Sputnik. Ukrayna və Qəzza zolağındakı münaqişələr alman alıcıları Milad bayramında daha az pul xərcləməyə vadar edir.
Bu sözləri Almaniya Pərakəndə Ticarət Assosiasiyasının rəhbəri Ştefan Gent “Frankfurter Allgemeine”nin süjetində deyib.
Onun sözlərinə görə, alman sakinləri Milad bayramı üçün yalnız zəruri və çox az xərclər nümayiş etdirirlər. Həm pərakəndə, həm də onlayn ticarətdə "pis başlanğıclar" müşahidə olunur. Satıcılar satışların 5-6 faiz azalacağını gözləyirlər. Alıcıların qənaəti ilə yanaşı, bu fakta qiymət artımı da təsir edə bilər.
"Nəticələrə baxsaq, demək lazımdır ki, gözləntilərimiz, təəssüfki, özünü doğrultmayıb, mənfi nəticələr göstərilib", - deyə Gent sözünü yekunlaşdırıb.
Bundan əvvəl Almaniya hakimiyyətinin Rusiyadan Almaniyaya hədiyyələrin gətirilməsinə qadağa qoyduğu bildirilmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova administrasiyanı Milad bayramını oğurlayan Qrinçlə müqayisə edib.