RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-ə ekoloji fəlakət gətirəcək zərər vura bilməyəcək

Stansiyanın özünə gəlincə, onun köhnəlməsi və ya məhv olması təhlükəsi yoxdur, nüvə reaktorları tam stabil vəziyyətdədir.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Ukrayna qoşunları mövcud qüvvə və silahlardan istifadə etməklə Zaporojye atom elektrik stansiyasına ekoloji fəlakət və ya radioaktiv çirklənməyə səbəb olacaq ziyan vura bilməyəcək.
Bu barədə “RİA Novosti”yə müsahibəsində Zaporojye vilayətinin başçısı Yevgeni Balitski bildirib.
“Deyə bilərəm ki, Ukrayna Silahlı Qüvvələrinin arsenalında olanlar nüvə dağılması və ya fəlakətlə təhdid etmir”, - deyə o qeyd edib.
Qubernator vurğulayıb ki, stansiyanın özünə gəlincə, onun köhnəlməsi və ya məhv olması təhlükəsi yoxdur, nüvə reaktorları tam stabil vəziyyətdədir.
"Bir il dayanacaq, iki il dayanacaq - nə qədər lazımdırsa, o qədər də dayanacaq", - deyə Balitski sözünə davam edib.
O, həmçinin AES-də kifayət qədər insanın işlədiyinə və hər bir reaktorun “işlək, yaxşı vəziyyətdə” olmasına diqqət çəkib.
“Hazırda altı reaktordan dördü“Westinghouse” [nüvə yanacağı] ilə, ikisi isə bizim istilik elementləri ilə işləyir... Dörd reaktor dayanıb, ona görə ki, “Westinghouse”da texniki xidmətin öz çətinlikləri var. İstilik elementi ilə işləyən iki reaktora bizim tərəfimizdən asanlıqla texniki xidmət göstərilə bilər və onlar MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) və “Rosatom”un bu gün icazə verdiyi tənzimləyici standartlar çərçivəsində işləyə bilərlər”, - deyə Balitski bildirib.
Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi və “Rosatom”un rəhbəri Aleksey Lixaçev yanvar-fevral aylarında tam miqyaslı məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.