HADİSƏ

Bakı-Sumqayıt yolunda ağır qəza olub, 8 nəfər xəsarət alıb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 23 dekabr - Sputnik. Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report" məlumat verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.
Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.