BAKI, 22 dekabr — Sputnik. Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq (HTƏ) sahəsində bağlanmış bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb. Bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
"Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq köhnə ənənələrə malikdir və Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında 25 iyun 2013-cü il tarixli sazişə əsaslanır. Bütün bağlanmış müqavilələr vaxtında və yüksək keyfiyyətlə ya artıq başa çatıb və ya son icra mərhələsindədir", - deyə o qeyd edib.
Səfir vurğulayıb ki, Moskva və İrəvan da yeni sazişlərin bağlanmasını müzakirə edilir.
"Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur. Bəzi fərdi müqavilələrdə həqiqətən də Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bunlar Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan məsələlərdir", - deyə səfir bildirib
Bundan əvvəl İrəvan Rusiya Federasiyasından pulu ödənilmiş silahları hələ almadıqlarını, lakin bu məsələni tərəfdaşlıq şəraitində həll etməyə hazır olduqlarını bildirmişdi. Ermənistan hakimiyyəti də silah alışını diversifikasiya etmək niyyətində olduqlarını bəyan edib. Xüsusilə, Ermənistan müdafiə sektorunda Hindistan və Fransa ilə fəal əməkdaşlığa başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.