BAKI, 22 dekabr — Sputnik. Sankt-Peterburqda uşaq anasının südündən zəhərlənib, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə "Telegram"ın Baza kanalı məlumat yayıb.
Hadisə hələ bu ilin sentyabrında baş verib. O zaman uşaq təcili xəstəxanaya yerləşdirildikdən sonra həkimlər müayinənin nəticələrini təkzib edən diaqnoz qoyublar.
Araşdırma zamanı qızın qanında və daxili orqanlarında narkotik maddənin olduğu müəyyən edilib. Ekspertlər narkotik maddənin uşağın orqanizminə ana südü ilə daxil ola biləcəyini düşünürlər. Baza kanalı qeyd edir ki, zərərli vərdişlərə görə qeydiyyatda olan qeyri-sağlam ailədə doğulub. Cinayət işinin başlanması məsələsi həll olunur.
Xatırladaq ki, bu yaxınlarda Leninqrad vilayətində bir yaşlı qız qardan zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ananın sözlərinə görə, uşaq qar yığınına düşüb və orada kifayət qədər qar yeyib.