CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlər müəyyən edilir

Qeyd olunub ki, bu müddəa Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaq.
Sputnik
BAKI, 22 dekabr - Sputnik. Milli Məclisin iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Sənəddə təklif olunan əlavəyə əsasən, bəzi mühasibat uçotu subyektlərində, o cümlədən iri sahibkarlıq subyektlərində, orta sahibkarlıq subyektlərində, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etməli olan publik hüquqi şəxslərdə mühasibat uçotu elektron formada aparılmalıdır.
Əli Məsimli - iqtisadçı alim, millət vəkili
Qeyd olunub ki, bu müddəa Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaq.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Deputat dövlət qurumlarında mühasibat uçotunun kağız formada aparılmasını düzgün saymayıb.
Xatırladaq ki, bundan öncə Milli Məclisin deputatı Vüqar Bayramov dövlət qurumlarında mühasibat uçotunun kağız formada aparılmasını düzgün saymayıb.
Vüqar Bayramov

"Mühasibat uçotunun elektron aparılması məlumatların doğru və düzgün aparılması deməkdir. Nəzərə almalıyıq ki, vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən xərclənir. Təklif olunan qanunda iri sahibkarlara mühasibatın elektron formada aparılması lazım olduğu halda, dövlət qurumları üçün belə bir məcburiyyət yoxdur. Halbuki dövlət qurumlarının xərcləri iri sahibkarların maliyyə dövriyyəsindən daha çoxdur və onlar sahibkarlardan daha tez bu prosesə hazır olmalıdırlar. Bu məsələdə dövlət qurumlarına biz güzəşt təklif edirik, amma iri sahibkarlıq subyektləri üçün deyil. Nə üçün dövlət qurumlarında mühasibat uçotunun kağız formada saxlanılır? Bu, onların bu prosesə hazır olmaması ilə bağlıdır? Əgər belə deyilsə, iri sahibkarların buna hazır olmasını iddia etmək nə dərəcədə doğrudur?”, - deyə Vüqar Bayramov əlavə etmişdi.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.