BAKI, 22 dekabr — Sputnik. Türkiyə və Rusiya Federasiyasının xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Türkiyə mediası məlumat yayıb.
XİN rəhbərləri Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasını müzakirə ediblər.
“Xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb”, - deyə dövlət televiziyası TRT Haber məlumat yayıb.
Öz növbəsində, Habertürk telekanalı diplomatik mənbələrə istinadən xəbər verir ki, danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.
“Xarici işlər naziri Fidan sülh sazişinin mümkün qədər tez imzalanmasının vacibliyini vurğulayıb”, - telekanal xəbər verir.
Türkiyəli nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.