CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Firəngiz Əlizadə televiziya kanallarını tənqid edib

Üzeyir Hacıbəyli bunumu istəyib ki, bizdə bəzi telekanallarda ancaq toy mahnıları səslənsin.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə televiziya kanallarının ziyalıları efirə dəvət etməməsindən narazılığını bildirib.
O, Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında deyib ki, bu gün böyük əsərləri ortaya çıxarmaq lazımdır.

"Televiziya kanallarına ziyalıları çağırıb onların rəyi öyrənilməlidir. Üzeyir Hacıbəyli bunumu istəyib ki, bizdə bəzi telekanallarda ancaq toy mahnıları səslənsin. Olsun, amma bizim intellektual səviyyə təkcə toy musiqiləri ilə bitmir", - deyə F.Əlizadə vurğulayıb.

Bəstəkar qeyd edib ki, bu il çox əlamətdar hadisələrlə yadda qalıb:
"Biz bu il çox yüksək səviyyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyini keçirdik. Bu il ərzində Şuşaya getdik, həmin yerləri gəzib gördük. Mən onu xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə qələbə qazanmayıb, həm də böyük qurucudur. Qarabağa gedib qısa zaman ərzində görülən quruculuq işlərini görmək, həmin möhtəşəmliyin şahidi olmaq bunu bir daha göstərir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.