SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayramov və Lavrov regional vəziyyəti müzakirə ediblər

XİN Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığına dair məlumat yayıb.
Sputnik
BAKI, 22 dekabr - Sputnik. Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə XİN məlumat yayıb.

"Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər", - deyə XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə və Rusiya Federasiyasının xarici işlər nazirləri Hakan FidanSergey Lavrov arasında da telefon danışığı olub. Bu barədə Türkiyə mediası məlumat yayıb.
XİN rəhbərləri Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasını müzakirə ediblər.
Habertürk telekanalı diplomatik mənbələrə istinadən xəbər verir ki, danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.
“Xarici işlər naziri Fidan sülh sazişinin mümkün qədər tez imzalanmasının vacibliyini vurğulayıb”, - telekanal xəbər verib.
Türkiyəli nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.