AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sabah Azərbaycana qış fəsli gəlir

Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Sabah Azərbaycana qış fəsli gəlir.
"Qış günəşduruşu dekabrın 22-si saat 07:27-də olacaq.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.
Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.