BAKI, 21 dekabr — Sputnik. Rusiya iqtisadiyyatı sanksiyalar təzyiqinə uyğunlaşdı və ölkənin ixrac potensialı saxlanılıb. Bu barədə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov Milli Layihələr Şurasının iclasında bildirib.
"İlin ilkin nəticələri göstərir ki, Rusiya iqtisadiyyatı bütövlükdə sanksiyalar təzyiqinə uyğunlaşıb. Dost ölkələrdən olan tərəfdaşlarla səmərəli qarşılıqlı əlaqə qurmaq və rusiyalı sahibkarlara dəstək üçün lazımi alətləri operativ şəkildə işə salınmaqla ölkənin ixrac potensialını saxlamaq mümkün olub. Əhali və müəssisələr lazımi mal və resurslarla təmin edilir", - o bildirib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.