AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna yeni müdir təyin olunub

Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.
O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.
Ondan əvvəl, 2022-ci ilin fevralında Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri vəzifəsinə Prezident Administrasiyasında uzun müddət qeyri-hökumət təşkilatları ilə iş sahəsində çalışan Vüsal Quliyev təyin edilmişdi.