BAKI, 21 dekabr — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Rusiya Prezidenti Vladimir Putinin "Qərb ölkələrinin davamlı dəstəyi Ukrayna üçün həlledicidir" fikri ilə razılaşdığını bildirib.
Bu barədə "TASS" məlumat yayıb.
"Mən Putinin yalnız bir fikri ilə razıyam: ABŞ-ın davamlı dəstəyi Ukrayna ordusunun və vətəndaşlarının döyüşdə saxlanması üçün vacibdir" - Blinken belə deyib.
Bundan başqa, o, ABŞ-ın dəstəyini davam etdirəcəyini əlavə edərək, ölkənin Ukraynaya verdiyi təhlükəsizlik yardımının 90%-nin ABŞ-da xərcləndiyini vurğulayıb.
Entoni Blinken mətbuat konfransı zamanı onu da bildirib ki, Vaşinqtonun Ukrayna iqtisadiyyatını inkişaf etdirmək üçün "çox dəqiq planı" var və bu, ABŞ-a Kiyevə hazırda Qərb ölkələrindən daha az vəsait ayırmağa imkan verəcək.