RUSİYA

Belçika oktyabrda Rusiyadan maye qaz alışını 6 dəfə artırıb

Belçika aprel ayında Rusiyadan rekord həddə mayeləşdirilmiş qaz alıb.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Bu ilin oktyabr ayında Belçika Rusiyadan mayeləşdirilmiş təbii qazın (MTQ) alışını 6 dəfə artıraraq Avropa ölkələri arasında əsas alıcıya çevrilib.
Bu barədə RİA Novosti Avropa statistikasının məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, aprel ayında Belçika Rusiyadan rekord həddə - 745 milyon kubmetr mayeləşdirilmiş qaz alıb, bundan sonra onun idxalının tədricən azaldılması barədə qərar qəbul edib.
Sentyabr ayında tədarük həcmi 74 milyon kubmetrə qədər azalıb.
Eyni zamanda, artıq oktyabr ayında Belçika qaz alışını 6 dəfə artaraq 448,6 milyon kubmetrə qədər çatdırıb.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Avropaya qaz tədarük edərkən siyasi motivləri rəhbər tutmur.