AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azad edilmiş torpaqlarda nə qədər ərazi minalardan təmizlənib?

Türkiyə istehsalı olan robotlar da işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. İşğaldan azad edilən ərzazilərdə indiyə qədər 115 min hektar ərazi mina və partladılmamış hərbi sursatdan təmizlənib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
O bildirib ki, prosesdə qardaş Türkiyənin minatəmizlənmə avadanlıqlarından da istifadə olunur. Türkiyə istehsalı olan robotlar da işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub: "Tərəfimizdən yeni texnologiyalar tətbiq olunmaqdadır. Bunlar həm də uzaq məsafədən idarə olunan robotlar, minatəmizləmə maşınlarıdır. Həmin avadanlılqra həm piyada, həm də tank əleyhinə olunan minaların məhv edilməsində istifadə olunur".