CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il tətilində regionlara dəmir yolu ilə əlavə reyslər təyin edilib

Qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni il tətilində regionlara əlavə reyslər təyin edir.
ADY-dən verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.
Məlumata görə, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün "ADY Mobile" tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.