BAKI, 20 dekabr - Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, adı çəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov idi. O, yaş həddi ilə əlaqədar 1 il əvvəl daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edirdi.