AZƏRBAYCAN XƏBƏRLƏRİ

Türkiyəli nazir Azərbaycana gəlir

Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə ediləcək.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Türkiyənin ticarət naziri Ömər Bolat bu gün Azərbaycana səfərə gəlir.
İki günlük səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə ediləcək.
Ö.Bolatın Azərbaycanda rəsmi şəxslərlə görüşü gözlənilir.
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası gələn il Ankarada keçiriləcək.
Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Ankarada iş dünyası bir araya gələcək: ""Azərbaycanın Baş naziri Əli Əsədovla Ankarada iş dünyamızı bir araya gətirəcəyik. Dəqiq tarix bəlli deyil, lakin fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq".