BAKI, 20 dekabr — Sputnik. Rusiyada prezident seçkilərində ilk dəfə olaraq onlayn səsvermə sistemi tətbiq ediləcək.
Bu barədə qərar Rusiya Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.
Qeyd edilib ki, Moskva daxil olmaqla 30 region bu səsvermədə iştirak edə biləcək.
Seçkilər 2024-cü il martın 17-də keçiriləcək.
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib.