RUSİYA

Rusiya BMT Baş Assambleyasının nasizmin tərənnümü əleyhinə qətnamə qəbulunu alqışlayır

Çərşənbə günü BMT Baş Assambleyasının nasizmin tərənnümünə qarşı mübarizə ilə bağlı qətnamə qəbul etməsi məlum olub.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Rusiya Federasiyası BMT Baş Assambleyasının nasizmin tərənnümünə qarşı mübarizəyə dair qətnamənin qəbulunu dəstəkləyən ölkələri alqışlayır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Buna qoşulanları salamlayırıq. Bu, müasir dünya üçün son dərəcə vacib bir mövzudur. Biz dünyanın bəzi yerlərdə neonasistlərin başlarını qaldırmağa çalışdıqlarını görürük. Bəzi ölkələrdə qoca nasistlərin qarşısında baş əyirlər", - deyə Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, BMT Baş Assambleyasının nasizmin tərənnümünə qarşı mübarizə ilə bağlı qətnamə qəbul etməsi çərşənbə günü məlum olub. Sənəddə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasının qarşısının alınması və hərbi cinayətlərin inkarının qarşısının alınması tədbirləri ilə bağlı tövsiyələr yer alıblar.
Qətnaməni 118 dövlət dəstəkləyib. ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya və Ukrayna da daxil olmaqla 49 ölkə qətnaməyə qarşı çıxıblar.