RUSİYA

Putin: Qərbin Rusiyadakı vəziyyətə müdaxilə cəhdlərinin qarşısı sərt şəkildə kəsilməlidir

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizlik orqanlarının ölkəni və vətəndaşlarını qorumaq üçün bütün imkanlara malik olduğuna əmin olduğunu bildirib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Xarici kəşfiyyat xidmətlərinin Rusiyada sabitliyi pozmaq cəhdlərinin qarşısı ciddi şəkildə alınmalıdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Orqanları İşçiləri Günü münasibətilə videomüraciətində deyib.
Dövlət başçısı, həmçinin xarici xüsusi xidmət orqanlarının ölkənin daxili işlərinə qarışmaq və Rusiya xalqının öz gələcəyini təyin etmək suveren hüququnu pozmaq cəhdlərinin qəti şəkildə qarşısının alınmasını tələb edib.
Eyni zamanda, Putin Rusiya Federasiyasının təhlükəsizlik orqanlarının ölkəni və vətəndaşlarını qorumaq üçün bütün imkanlara malik olduğuna əmin olduğunu bildirib.
"Təhlükəsizlik orqanlarının vəzifələri heç də sadə deyil. Amma sizdə dövlətin, cəmiyyətin, vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün bütün lazımi potensial, bütün imkanlar var", - deyə o vurğulayıb.
Bundan əvvəl ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter Qərb ölkələrini Rusiya prezidentinin dediklərinə qulaq asmağa çağırıb.