BAKI, 20 dekabr — Sputnik. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Rusiya-Ərəb Əməkdaşlıq Forumunun iclasında iştirak etmək üçün Mərakeşə gedib.
Rusiyanın aif.ru saytı bu barədə məlumat verib.
İçində Rusiya nümayəndə heyətinin olduğu təyyarə səhər saatlarında Mərakeş-Menara hava limanına eniş edib. Mərakeşdə keçiriləcək forum Rusiya Federasiyası ilə ərəb ölkələri arasında qarşılıqlı fəaliyyət üçün mühüm mexanizmə çevriləcək.
Əvvəlki iclas 2019-cu ilin aprelində Moskva ərazisində keçirilib. Sonrakı tədbirlər koronavirus pandemiyasının başlanması fonunda digər formatlarda keçiriliblər.
Bundan əvvəl Sergey Lavrovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə danışıqlar apardığı bildirilib. O, həmkarı ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.