BAKI, 20 dekabr — Sputnik. "Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb". Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında qeyd olunub."Bildirik ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün mətbuatda yayılan xəbərdə bildirilib ki, bayram günləri 31dekabr – 2 yanvarda adı portalda olsa da, fərdi şəkildə Şuşaya girişə icazə verilməyəcək.
Sözügedən məhdudiyyətlərin Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı olduğu bildirilib.
Xatırladaq ki, Şuşa şəhərindəki otellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək.