RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu Rusiya ordusu üçün 2024-cü il üçün prioritet vəzifəsini açıqlayıb

Rusiyanın müdafiə naziri qeyd edib ki, Rusiya ordusunun və donanmasının komplektləşdirilməsi ilə bağlı bütün planlar bu il tam şəkildə yerinə yetirilib.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Tapşırıqlar tam yerinə yetirilənə qədər Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) davam etdirilməsi Rusiya ordusunun gələn il üçün prioritet vəzifəsidir.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.

"Ali Baş Komandanın müəyyən etdiyi tapşırıqlar tam yerinə yetirilənə qədər xüsusi hərbi əməliyyatın davam etdirilməsi növbəti il üçün prioritet vəzifələrdən biri olacaq", - deyə Şoyqu bildirib.

Diplomat həmçinin 2024-cü ildə döyüş hazırlığında əsas səylərin yeni yaradılan bölmələrin keyfiyyətli hazırlığına, birləşmələrin və hərbi hissələrin əlaqələndirilməsinə yönəldilməli olduğunu da söyləyib.
Bu yaxınlarda Rusiyanın müdafiə naziri qeyd edib ki, Rusiya ordusunun və donanmasının komplektləşdirilməsi ilə bağlı bütün planlar bu il tam şəkildə yerinə yetirilib. Rusiya Silahlı Qüvvələrinin sayı 1,150 milyon nəfərə qədər artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.