BAKI, 19 dekabr — Sputnik. Qərb Rusiyaya qarşı hibrid müharibə aparmağa davam edir, Kiyev rejimini kəşfiyyat məlumatları ilə təmin edir və silah ötürür. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Hörmətli kollegiya üzvləri, cari ildə baş verən hadisələr təsdiq etdi ki, Qərb Rusiyaya qarşı hibrid müharibəsini davam etdirir. O, Kiyev rejimini real vaxt rejimində fəal şəkildə kəşfiyyat məlumatları ilə təmin edir, hərbi müşavirlərini, müasir silah sistemlərini göndərir", - Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.
O, ötürülən silahlar arasında yüksək mobil reaktiv yaylım atəşi sistemləri, uzaqmənzilli raket sistemləri, kaset bombaları, həmçinin çoxlu sayda yeni pilotsuz uçuş aparatları olduğunu qeyd edib.
Prezident həmçinin qeyd edib ki, onlar F-16 çoxməqsədli qırıcısını Ukraynaya təhvil verməyi planlaşdırırlar və hazırda Qərbdə pilot hazırlığı aparılır:
"NATO-nun aqressiv mahiyyəti artıq müdafiə təyinatlarının arxasında gizlənmir. ABŞ doktrinal sənədləri birbaşa qlobal üstünlük iddialarını təsbit edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.