BAKI, 19 dekabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası (KTMT PA) nasizmin reabilitasiyasına qarşı qanunvericilik tədbirləri, o cümlədən bu cür əməllərə görə məsuliyyətin tətbiqi ilə bağlı KTMT-yə üzv ölkələr üçün tövsiyələr qəbul edib.
Sənəddə ilk növbədə "Böyük Vətən müharibəsi", "Böyük Vətən müharibəsi veteranları", "tarixi yaddaş (Böyük Vətən müharibəsi haqqında)", "nasizm", "nasist cinayətkarları", "Beynəlxalq hərbi tribunal", "nasist cinayətkarlarının köməkçiləri" və s. kimi bir sıra terminlərin izahatının eyniləşdirilməsi nəzərdə tutulub.
Tövsiyələr, həmçinin "nasizmin reabilitasiyasına və tarixi həqiqətlərin təhrif edilməsinə yönəlmiş əməllərin kriminallaşdırılması üçün ardıcıl hüquqi bazanın formalaşdırılmasına" yönəlib.
"Tövsiyələrdə "Nasizmin reabilitasiyası" və "Nasist atributlarının və ya simvollarının təkrar təbliğatı və ya ictimai nümayişi" kimi cinayətlərin sadə və ixtisaslaşmış izahatı təklif edilir, həmçinin onların KTMT-yə üzv dövlətlərin milli qanunvericiliyinə daxil edilməsi yolları göstərilir", - deyə izahatda qeyd olunub.
KTMT PA-nın sədri, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qeyd ediB:
"Qərb ölkələrinin tarixi saxtalaşdırmaq və nasist Almaniyasının əlbirlərini qəhrəman kimi qələmə vermək üzrə informasiya siyasəti cinayətdir. Bunu bir daha vurğulamalıyıq, çünki üzləşdiyimiz faktlar göstərir ki, nasistlərlə işbirliyində olanlar və tarixi təhrif etmək istəyənlər başlarını qaldırıblar. Onlar faşistləri alqışlamaqdan, şərəfləndirməkdən çəkinmirlər. Ukrayna faşisti Kanada parlamentində alqışlarla qarşılanıb. ABŞ və Avropa ölkələrinin rəhbərliyi isə bunu açıq şəkildə dəstəkləyir. Bizim üçün bu, qəbuledilməzdir".
"Biz deputatlar, KTMT parlamentariləri olaraq faşizmi məğlub etmiş xalqların maraqlarını təmsil edirik. Böyük Vətən Müharibəsi veteranlarını və faşistlərin əlində həlak olanların xatirəsini qorumaq üçün hər şeyi etməliyik", - deyə Volodin sözünü yekunlaşdırıb.
Qeyd edək ki, çərşənbə axşamı Moskvada KTMT PA Şurasının birgə iclası və KTMT PA-nın XVI plenar iclası keçirilir. İş gündəliyinə KTMT-yə üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması, təşkilatın məsuliyyət sahəsində təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı mübarizə üçün nümunəvi qanunların hazırlanması məsələləri daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.