BAKI, 19 dekabr — Sputnik. Azərbaycanın müdafiə nazirinin sabiq müavini Mehman Səlimov vəfat edib.
Mehman Səlimov bu gün səhər saatlarında Gəncə şəhərindəki Mərkəzi Klinikada ağır pnevmoniya, ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. Mehman Səlimova 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.