BAKI, 19 dekabr — Sputnik. Dekabrın 19-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
19 dekabrda kim anadan olub?
Mikayıl Abdullayev (1921 - 2002) - SSRİ xalq rəssamı, pedaqoqudur. O, mənzərə, portret, natürmort janrında işləyib.
Arif Mehdiyev (1934 - 2016) - Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir (2002 - 2016).
Əzizə Mustafazadə (1969) - Azərbaycanın xalq artisti, caz ifaçısı, pianoçu və bəstəkar Vaqif Mustafazadənin qızıdır.
Leonid Brejnev (1906 - 1982) - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK) baş katibi, SSRİ rəhbəridir (1964-1982).
Edit Piaf (1915-1963) - fransız müğənni və aktrisadır. Onun ən məşhur mahnıları "Non", "je ne regrette rien", "La Vie en rose", "Hymne à l "amour", "Mon legionnaire" və s.
Anastasiya Vertinskaya (1944) - Rusiyanın teatr və kino aktrisası, RSFSR-in xalq artistidir. "Qırmızı yelkənlər", "Amfibiya adam", "Hamlet", "Müharibə və Sülh", "Anna Karenina" və s. filmlərdə rol alıb.
Dekabrın 19-da dünyada baş verən tarixi hadisələr
1863-cü ildə ingilis Frederik Uolton linoleum istehsalı üçün patent alıb.
1965-ci ildə Şarl de Qoll Fransanın prezidenti seçilib.
1972-ci ildə "Apollon-17" kosmik gəmisinin ekipajı Yerə qayıdıb. Ekspedisiya 301 saat 51 dəqiqə 59 saniyə davam edib. "Apollon-17"nin uçuşu Aya ən uzun uçuş olub.
1993-cü ildə Fransa Prezidenti Fransua Mitteranın dəvəti ilə ümummilli lider Heydər Əliyev bu ölkəyə səfər üsib. Bu, Heydər Əliyevin Azərbaycan prezidenti kimi xaricə ilk rəsmi səfəri olub.
1995-ci ildə BMT tərəfindən Yoxsullara Yardım Günü təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.