BAKI, 19 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, nazirlik vətəndaşları heç bir halda bank və şəxsi məlumatlarını digərlərlərinə təqdim etməməyi tövsiyə edib.
Qeyd edək ki, dövlət qurumları, xüsusilə Daxili İşlər Nazirliyi bank kartları ilə bağlı tez-tez əhaliyə müraciət edir. Sözügedən videonu təqdim edirik:
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.