DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalı qadın 106 yaşına çatmasının əsl sirrini açıqlayıb

Birinci Dünya Müharibəsi ərəfəsində dünyaya gələn qadının sözlərinə görə, bu, hələ də həyatdan zövq almağa və özünü əla hiss etməyə kömək edir.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. ABŞ sakini Erma Piters çoxlu desertlər yediyi və davamlı portağal suyu içdiyi üçün uzun ömür sürdüyünü söyləyib.
Bu barədə "NBC 26" məlumat verib.
106 yaşını qeyd edən Piters 1917-ci il dekabrın 10-da Viskonsin ştatında anadan olub. Qadın hazırda qocalar evində yaşayır. Onun sözlərinə görə, o, dostlarının əhatəsində olmağı və şıltaqlıq etməyi çox sevir.
Həmçinin 109 yaşlı irlandiyalı Mayrin Xyus da bu yaxınlarda qeyd edib ki, xoşbəxtliyin və uzunömürlülüyün sirri "həyatı tam yaşamaq, vaxtını boş şeylərə sərf etməmək və sadə şeylərdən zövq ala bilməkdir". Birinci Dünya Müharibəsi ərəfəsində dünyaya gələn qadının sözlərinə görə, bu, hələ də həyatdan zövq almağa və özünü əla hiss etməyə kömək edir.
Yeri gəlmişkən, digər uzunömürlü insanların da oxşar məsləhətləri internetdə dolaşır. Belə ki, britaniyalı Oliv Edvards 109-cu doğum günündə inadkarlığı və gündə üç dəfə yemək yeməyi uzunömürlülüyün sirri adlandırıb.