BAKI, 18 dekabr — Sputnik. İttifaq Dövləti Parlament Assambleyasının və Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya və Belarus Qərbin qeyri-dost siyasətinə qarşı çıxmaq üçün İttifaq dövləti çərçivəsində daha da möhkəm birləşməli və daha səmərəli işləməlidir.
"Biz daha sıx birləşməli, Avropa dövlətlərinin və ABŞ-ın qeyri-dost siyasətinə qarşı çıxmaq üçün öz tərəfimizdən daha səmərəli addımlar atmalıyıq" - Volodin jurnalistlərə deyib.
O, həmçinin qeyd edib ki, bu ölkələr Rusiya və Belarus xalqlarının öz gələcəkləri ilə bağlı öz qərarlarını verməməsi üçün hər şeyi edirlər.
"İttifaq dövləti formatından istifadə edərək, qarşılıqlı faydalı əməkdaşlığı artırmaq üçün hər cür imkanımız var. Ölkələrimiz arasında dialoqun yeni səviyyəyə qalxması dövlətlərimizin başçıları Vladimir Putin və Aleksandr Lukaşenko tərəfindən qarşıya qoyulan vəzifədir. Bu əməkdaşlığın dinamikasını onlar müəyyən ediblər" - Volodin vurğulayıb.