BAKI, 18 dekabr — Sputnik. Saatlıda müəllim və 8 şagird dəm qazından zəhərlənib.
Dəm qazından zəhərlənənlər rayonun Qaranuru kənd sakinləridir.
Onlar dərhal dərhal Saatlı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim İsmayılova Göyçək Mətləb qızı, 2013-cü il təvəllüdlü Yarıyeva Fidan Seymur qızı, 2014-cü il təvəllüdlü Nüsrəddin Məhəmməd Samir oğlu, Hüseynli Məhəmməd İlham oğlu, Poladova Gülüstan Rauf qızı, Zahidli Təqi Azad oğlu, Həsənzadə Nazlı Anar qızı, Mənsimli Səadət Rauf qızı və Nuriyeva Tunar Hafiz qızıdır.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib: "Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".
Faktla bağlı araşdırma aparılır.