BAKI, 18 dekabr — Sputnik. Vladimir Putin Rusiya prezidenti postuna namizədliyini irəli sürülmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Putin özü bu gün MSK-ya gəlib və dövlət başçısı vəzifəsinə namizəd kimi sənədlərini quruma təqdim edən ilk namizəd olub.
Qeyd edək ki, Rusiya Federasiyasının hakim Vahid Rusiya Partiyasının qurultayı Putinin prezidentlik postuna namizədliyini yekdilliklə dəstəkləyib. Bununla belə, Putin dövlət başçısı postuna partiya mənsubu kimi deyil, müstəqil namizəd kimi namizədliyini irəli sürüb.
Rusiya Federasiyasında prezident seçkiləri gələn il martın 15-dən 17-dək keçiriləcək.
07.12.23, 11:38
Rusiyada prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
Rusiya Federasiya Şurası ölkədə prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.
Bu barədə palatanın dekabrın 7-də keçirilən iclasında müvafiq qərar qəbul edilib. Bu barədə "Ria Novosti" məlumat yayıb.
"Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilsin. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir" - qərarda deyilir.
Rusiya Federasiyası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının Prezidenti seçkilərinin təyin edilməsi Federasiya Şurasının müstəsna səlahiyyətidir. Bunu Federasiya Şurasının Konstitusiya Komitəsi sədrinin birinci müavini Vladimir Poletayev bildirib:
"Qərarın qüvvəyə mindiyi andan, yəni rəsmi dərc edildiyi gündən faktiki olaraq seçki kampaniyasına satart verilir. Prezident seçkilərində çoxgünlük səsvermənin keçirilməsi barədə qərarı Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası qəbul edir".
Poletayev qeyd edib ki, seçki günü tətil elan olunmur.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov noyabrın əvvəlində bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamayıb.
O, Reuters agentliyinin mənbələrə istinadən Putinin guya 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlməsi ilə bağlı xəbərinə münasibət bildirərkən deyib:
"Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib".
Vladimir Putin 2018-ci ildə keçirilmiş prezident seçkilərində gözlənən qalibiyyətindən sonra Rusiyanı daha altı il idarə etmək hüququ qazanıb. O, dördüncü dəfə prezident seçilib.
Bütün səslərin sayılmasından sonra Mərkəzi Seçki Komissiyası deyib ki, Putin səslərin 76 faizindən çoxunu qazanıb.