BAKI, 18 dekabr — Sputnik. Amerikalı iş adamı İlon Mask Yer kürəsinin əhalisinin kosmosu araşdırmağa və başqa planetləri məskunlaşdırmağa ehtiyacı olduğu fikrini ifadə edib. Bundan əlavə, onun sözlərinə görə, söhbət Yerin təbii peykindən gedir.
O, bu barədə X* sosial şəbəkəsində yazıb.
"Bəşəriyyətin Ayda bazası, Marsda şəhərləri olmalı və orada - ulduzlar arasında məskunlaşmalıdır!" - deyən Mask qeyd edib ki, Rayt qardaşlarının hazırladıqları təyyarənin ilk uçuşundan Aya enişinə qədər 66 il, Aya sonuncu enişdən isə yarım əsr keçib.
"Bu, bir sivilizasiya olaraq ən yüksək nailiyyətimiz ola bilməz" – deyə "SpaceX"in rəhbəri bəyan edib.
Əvvəllər Mask insanların Qalaktikanın yeganə şüurlu sakinləri ola biləcəyi ehtimalını irəli sürmüşdü.