DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makqreqor: Ukrayna münaqişəsi yalnız Rusiyanın xeyrinə inkişaf edə bilər

Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqorun fikrincə, Ukrayna Prezidenti Vladimir Zelenski münaqişəni dayandırmaq üçün danışıqlar aparmaq əvəzinə, ölkə vətəndaşlarını həyatından məhrum edir.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukraynadakı münaqişənin yalnız Rusiyanın xeyrinə bitə biləcəyi fikrini bildirib.
Bu barədə o, X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Makqreqorun fikrincə, gələcək inkişafın yeganə variantı Rusiya ordusunun irəliləməsidir və buna görə də münaqişənin davam etdirilməsi Ukrayna üçün məna kəsb etmir.
"Yalnız axmaq Ukraynadakı münaqişəni qızışdırmağa davam edər. Danışıqlara başlamaq vaxtıdır", - deyə o yazıb.
Bundan əvvəl Makqreqor demişdi ki, Ukrayna Prezidenti Vladimir Zelenski münaqişəni dayandırmaq üçün danışıqlar aparmaq əvəzinə, ölkə vətəndaşlarını həyatından məhrum edir. O vurğulayıb ki, Kiyev hakimiyyəti Qərbin ölkəyə verdiyi vəsaiti xərcləməkdə davam edir.